Medianews.az
Azərbaycanda median sürət nə zaman 200 Mbit/s-ni keçəcək?
125 baxış

Azərbaycanda median sürət nə zaman 200 Mbit/s-ni keçəcək?

2005-2012-ci illərdə ADSL texnologiyası geniş yayılmışdı və istifadəçilərin böyük hissəsi 512 Kbit/s–1 Mbit/s aralığında sürətlərlə internetə qoşulurdu.

Həmin dövrdə internet istifadəsi əsasən sayt baxışı, e-poçt və sadə mesajlaşma ilə məhdudlaşdığı üçün 1 Mbit/s kifayət qədər rahat təcrübə təqdim edirdi.

Lakin sonrakı dövrdə video streaming, sosial media və bulud əsaslı xidmətlərin sürətli inkişafı bu sürət standartını qısa müddətdə köhnəlmiş səviyyəyə endirdi və istifadəçi gözləntilərini kəskin şəkildə dəyişdirdi.

Məhz bu transformasiyanın nəticəsi olaraq, bir zamanlar ən geniş yayılmış seçim sayılan 30–50 Mbit/s aralığındakı paketlər də artıq keçid mərhələsinə çevrilib və abunəçilər daha yüksək sürətli tariflərə miqrasiya ediblər.

Hazırda ölkədəki genişzolaqlı internet abunəçilərinin 65%-i, yəni 1,5 milyonu 100 Mbit/s ilə 1 Gbit/s arasında sürət paketlərindən istifadə edir.

1 Gbit/s və üzəri paket istifadəçilərinin sayı isə 2023–2025-ci illər ərzində 22 dəfə artıb.

Başqa sözlə, bazarda istifadəçilər tərəfindən formalaşan aydın bir “gizli tələb” mövcuddur, lakin bu tələbi tam qarşılayacaq “sərfəli təkliflərin” həcmi hələ də kifayət qədər deyil.

Median sürətin 200 Mbit/s-ə çatması üçün provayderlər qurduqları GPON infrastrukturunun imkanlarından daha səmərəli istifadə etməli, 100 Mbit/s istifadəçilərinin ən azı 50%-nin 250 Mbit/s və daha yüksək sürətli, daha sərfəli paketlərə keçidini təşviq etməlidirlər.

Elvin Abbasov, 
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri 

 

Bizə qoşulun