Medianews.az
Hörmüz boğazı ilə bağlı
154 baxış

Hörmüz boğazı ilə bağlı YENİ QƏRAR ELAN OLUNDU

İranın Hörmüz boğazına nəzarət edən qurumu - Fars Körfəzi Boğazı Administrasiyası “X” hesabında paylaşım edib.

Medianews.az-ın məlumatına görə, paylaşımda Hörmüz boğazının növbəti xəbərdarlığadək bağlı qalacağı bildirilib.

Qeyd olunub ki, bu qərar bölgədə ABŞ-nin addımları nəticəsində yaranan gərginlik və İran Silahlı Qüvvələrinin son bəyanatları nəzərə alınaraq verilib: “Keçid üçün müraciət etmiş və icazə gözləyən tərəflər səbirli olmalı və əlavə göstərişləri gözləməlidirlər”.

Medianews.az

Bizə qoşulun