Medianews.az
Həkimdən xəbərdarlıq:
90 baxış

Həkimdən xəbərdarlıq: bu vərdişlər ürəyi məhv edir

Həkim Əli İsmayılovun bildirib ki, infarkt riski birdən-birə yaranmır, əksinə gündəlik vərdişlər nəticəsində tədricən formalaşır.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, ən təhlükəli vərdişlərdən biri siqaretdir.

O, nikotinin damarları daraltdığını, təzyiqi artırdığını və ürək-damar sisteminə ciddi zərər verdiyini bildirib.

Həkim həmçinin qeyd edib ki, yüksək təzyiqə laqeyd yanaşmaq, az hərəkətli həyat tərzi, düzgün olmayan qidalanma və çox stres də infarkt riskini artırır.

Onun sözlərinə görə, gec saatlarda ağır yemək yemək, artıq duz və yağlı qidalar qəbul etmək, həmçinin spirtli içkilərdən istifadə də ürək sağlamlığına mənfi təsir göstərir.

Mütəxəssis əlavə edib ki, sinə ağrısı, nəfəs darlığı və güclü zəiflik kimi əlamətlər olduqda vaxt itirmədən təcili yardım çağırmaq lazımdır.

Bizə qoşulun