Gürcüstanın Milli Statistika Xidməti xarici ticarət hesabatı yayıb.
Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, yanvar-aprel aylarında 8,1 milyard dollar dəyərində ticarət dövriyyəsi qeydə alınıb. Bu, 2025-ci ilin eyni dövrünə nəzərən 1,7 faiz çoxdur.
İxracın 21,1 faiz artdığı, idxalın 4,9 faiz azaldığı xəbər verilir, qeyd olunur ki, idxal ixracı 3,2 milyard dollar üstələyib.
Xarici ticarətdə mənfi saldo 2023-cü ildə 9,5 milyard dollar, 2024-cü ildə 10,3 milyard dollar, 2025-ci ildə 11,3 milyard dollar göstərilib.