Gürcüstanın Milli Statistika Xidməti xarici ticarət hesabatı yayıb.
Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, yanvar-fevral aylarında 3 milyard 511,6 milyon dollar dəyərində ticarət dövriyyəsi qeydə alınıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz aşağı göstəricidir.
İxracın 22,9 faiz artdığı, idxalın 15,4 faiz azaldığı xəbər verilir, qeyd olunur ki, idxal ixracı 1 milyard 459 milyon dollar üstələyib.
2023-cü ildə Gürcüstanın xarici ticarətində mənfi saldo 9,5 milyard dollar, 2024-cü ildə 10,3 milyard dollar, 2025-ci ildə 11,3 milyard dollar olub.