Medianews.az
Görünüşü və çıxışı ilə Çempionlar Liqasına damğa vurdu -
65 baxış

Görünüşü və çıxışı ilə Çempionlar Liqasına damğa vurdu - VİDEO

UEFA Çempionlar Liqasının oyunlarını şərh edən idman reportyoru Miroslava Montemayor yayımlardakı çıxışları ilə diqqət mərkəzinə çevrilib.

Medianews.az xəbər verir ki, o, oyunların təhlili və meydandakı epizodlarla bağlı şərhləri ilə televiziya ekranlarında tez-tez görünür.

"UEFA Champions League" yayımları zamanı studiyadan etdiyi şərhlər və təqdimat tərzi Montemayoru sosial mediada da gündəmə gətirib. Yayımlar zamanı çəkilən görüntülər qısa müddətdə müxtəlif platformalarda geniş yayılıb.

Futbol azarkeşləri reportyorun həm peşəkar şərhlərini, həm də görünüşünü müzakirə edərək onun fotolarını sosial mediada paylaşmağa başlayıblar. Paylaşımlar qısa müddətdə viral olub və Montemayor sosial şəbəkələrdə trend mövzulardan birinə çevrilib.

İdman jurnalisti xüsusilə Çempionlar Liqası matçlarının studiya analizlərindəki çıxışları ilə diqqət çəkir və futbol müzakirələrinin populyar simalarından biri kimi göstərilir.

Medianews.az

Bizə qoşulun