Medianews.az
Futbolçuların avtobusu dronla vuruldu: ölən və yaralanan var -
214 baxış

Futbolçuların avtobusu dronla vuruldu: ölən və yaralanan var - FOTO

Belarusun uşaq futbol komandasının üzvlərini daşıyan avtobus Rusiyada dron hücumuna məruz qalıb.

Medianews.az-ın məlumatına görə, hadisə Bryansk vilayətində baş verib.

Vilayət qubernatoru vəzifəsini icra edən Yeqor Kovalçuk bəyan edib ki, uşaqlar Belarsun Qomel şəhərindən Rusiyanın Gəlincik şəhərinə istirahətə gedirmiş.

Kovalçukun sözlərinə görə, komandanı müşayiət edən bir qadın həlak olub. Altı nəfər, o cümlədən dörd uşaq yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Rusiya Səhiyyə Nazirliyi isə yeddi nəfərin xəsarət aldığını açıqlayıb. Nazirliyin məlumatına görə, yaralı uşaqlardan birinin vəziyyəti ağırdır.

Rusiya İstintaq Komitəsinin bildirdiyinə görə, ikimərtəbəli avtobus Bryansk vilayətində magistral yolda hərəkətdə olarkən dron zərbəsinə məruz qalıb.

Avtobusda ümumilikdə 44 nəfər olub. Onların 28-i Belarusun Qomel vilayətinin Reçitsa şəhərindəki uşaq-gənclər idman məktəbinin şagirdləridir.

İstintaq Komitəsi faktla bağlı terror aktı maddəsi ilə cinayət işi açıb.

Medianews.az

Bizə qoşulun