“Finlandiya Prezidenti Aleksandr Stubbun ABŞ-nin Venesuelaya hücumu ilə bağlı açıqlaması onun ikiüzlülüyünü əks etdirir”.
Medianews.az xəbər verir ki, bunu Helsinki Universitetinin professoru Tuomas Malinen sosial media platforması X-də bildirib.
Ekspert qeyd edib ki, Avropa liderləri Venesuelada rejim dəyişikliyi ilə bağlı ziddiyyətlərə qapılıblar.
Bu, Malinenin Stubbun Venesuelada 2024-cü il seçkilərinin saxta olduğu və Nikolas Maduronun qanunsuz lider olduğu iddiasına münasibəti idi. Eyni zamanda, siyasətçi beynəlxalq hüquqa hörmətlə yanaşmağı müdafiə edib.
Medianews.az