Medianews.az
"Ferrari"nin pilotu Şarl Lekler Aleksandra Sen-Mlyo ilə evlənib -
70 baxış

"Ferrari"nin pilotu Şarl Lekler Aleksandra Sen-Mlyo ilə evlənib - VİDEO

Şarl Lekler və sevgilisi Aleksandra Sen-Mlyo fevralın 28-də Monakoda toy ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Pulse Sports" nəşri məlumat yayıb.

Hadisə sosial şəbəkələrdə yayılan bir sıra videolardan sonra müzakirə mövzusuna çevrilib. Kadrlarda pilot və nişanlısının birlikdə görüntülənməsi, həmçinin Aleksandranın əlində gəlin buketini xatırladan çiçəklərin olması diqqət çəkib. Lakin cütlük hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, cütlük 2025-ci ilin noyabrında nişanlandıqlarını elan etmişdi. Lekler evlilik təklifini qeyri-adi formada reallaşdırıb - o, nişan üzüyünü "Leo" adlı taksa cinsindən olan itinin boynundan asaraq üzərinə "Atam səninlə evlənmək istəyir!" sözlərini yazıb. Lekler və Sen-Mlyo 2023-cü ilin martından bəri münasibətdədirlər.

Mənbənin məlumatına görə, yeni evlənənlər toy mərasiminə 1957-ci il istehsalı olan əfsanəvi "Ferrari 250 Testa Rossa" avtomobili ilə gəliblər. Bu model dünyanın ən bahalı nəqliyyat vasitələrindən biri hesab olunur. Onun orijinal versiyaları hərraclarda 34-40 milyon dollar arasında qiymətləndirilir.

Ferrarinin pilotu Şarl Lekler Aleksandra Sen-Mlyo ilə evlənib - VİDEO

Bizə qoşulun