Hazırda BMT-nin üzvü olan 193 ölkədən 156-sı Fələstini müstəqil dövlət kimi tanıyır.
Bəs, Fələstin Dövlətini tanımayan ölkələr hansılardır?
Medianews.az BMT-nin üzvü olan və Fələstin Dövlətini tanımayan 37 ölkənin siyahısını təqdim edir:
İsrail
ABŞ
Panama
Kamerun
Eritreya
Finlandiya
Niderland
Danimarka
Almaniya
Belçika
Andorra
İsveçrə
Avstriya
Lixtenşteyn
İtaliya
Xorvatiya
Şimali Makedoniya
Yunanıstan
Estoniya
Latviya
Litva
Moldova
Myanma
Sinqapur
Fici
Kiribati
Marşal adaları
Mikroneziya
Nauru
Palau
Samoa
Solomon adaları
Tonqa
Tuvalu
Yeni Zelandiya
Cənubi Koreya
Yaponiya.
BMT üzvü olmayan Vatikan və Qərbi Saxara Fələstinin müstəqilliyini tanıyanlar, Kosovo, Tayvan və Malta ordeni isə tanımayanlar sırasındadır.
BMT 1947-ci ildə Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulması barədə qətnamə çıxarıb. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.
BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi, o cümlədən paytaxt kimi nəzərdə tutulmuş Şərqi Qüds (Yerusəlim) İsrailin işğalındadır.
Toğrul Əli,
Medianews.az