Medianews.az
“Fatma Mehrəliyeva da əsəbdən orada müalicə olunub, xəstələri niyə o həddə çatdırıblar ki?” -
291 baxış

“Fatma Mehrəliyeva da əsəbdən orada müalicə olunub, xəstələri niyə o həddə çatdırıblar ki?” - Rəşid Mahmudovdan SENSASSİON AÇIQLAMA - FOTO+ÖZƏL

“Maştağadakı Psixiatriya xəstəxanasında manyakal şizofreniya, əsəb və psixi xəstəlikdən əziyyət çəkənlər müalicə olunur. Hətta sənətkarlardan da orada yatanlar olub. Mən təhsil aldığım illərdə böyük sənətkarımız Fatma Mehrəliyeva da orada müalicə olunub. Sənətkarlar var ki, hansısa haqsızlıqdan yaxud da rol üzərində işləməkdən əsəb yaşayırdılar. Onlar gəlib həmin xəstəxanada müəyyən sakitləşdirici müalicələr alıb, sağalıb və çıxıb gedirdilər. Bu xəstəliyin yüngül forması da var, ağır forması da. Baxır kim necə keçirir”. Bunu Medianews.az-a açıqlamasında tanınmış həkim, fizioloq Rəşid Mahmudov deyib.

O daha sonra ruhi xəstəliklərin müalicəsində müəyyən dövrlərdə zəlidən istifadə edildiyini bildirib:

“Ruhi xəstələr hələ 17-ci əsrdə zəli ilə müalicə olunurdular. Zəli bütün beyin qan-damar kapilyarlarını genəldirdi. Nəticədə qan beyin damarlarında yaxşı işləməyə başlayırdı. İnsanların bir çoxu bu müalicə üsulundan sonra tamamilə sağalırdı. Zəli insanın qanının laxtalanmasının qarşısını alr. İnsana zəli qoymağın da qaydaları var. Zəlinin ağzında 120 mindən çox ferment var. Hətta zəli infakt riskini də azaldır. O vaxt hətta kübar ailələr qonaqlıqlara gedəndə özlərinə zəli qoydurardılar. Bunu da kortəbii şəkildə etmək düzgün deyil. Adətən 7 həftə edirlər, sonra fasilə verirlər” deyə o bildirib.

Rəşid Mahmudov daha sonra Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından xəstələrin qaçması xəbərinə də münasibət bildirib:

“Düzü bu haqda saytlarda və sosial şəbəkələrdə məlummatlar yayılıb. Nə qədər doğru olub-olmadığını bilmirəm. Əgər oradan xəstələr qaçıblarsa onları niyə o həddə çatdırıblar ki? Müalicə ilə həmin xəstələri sakitləşdirmək mümkündür. Bunun bir çox üsulları var. Elə adamlara insulin vururlar, şəkəri aşağı salırlar, nəticədə həmin şəxs yarıkoma halında olur. Yaddaşı ümumiyyətlə itir. Sonra qlükoza vurub ayıldırlar. Onların xüsusi dərmanları var”.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan xəstələrin qaçdığı haqda xəbərlər yayılıb.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun