Türkiyənin Siirt vilayətinin Pervari rayonunda baş verən faciəvi hadisə nəticəsində 3 yaşlı Məhəmməd Aydınalp həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə rayonun Kilis kəndində qeydə alınıb.
Məlumata görə, Mustafa Aydınalp ailəsi ilə birlikdə bağ sahəsində işləyərkən idarə etdiyi ekskavatorla manevr edib. Bu zaman o, yaxınlıqda olan oğlu Məhəmməd Aydınalpi görməyib.
Nəticədə azyaşlı iş maşınının altında qalıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım və jandarma əməkdaşları uşağın həyatını itirdiyini müəyyən ediblər.
Məhəmməd Aydınalpin meyiti ekspertiza üçün xəstəxananın morquna aparılıb. Müvafiq prosedurlar tamamlandıqdan sonra o, doğulduğu kənddə dəfn olunub.
Faktla bağlı araşdırma aparılır.
