Medianews.az
Ermənistan: bir ildə nələr bahalaşıb?
126 baxış

Ermənistan: bir ildə nələr bahalaşıb?

2025-ci ildə Ermənistanın istehlak bazarında 3,3 faiz bahalaşma qeydə alınıb.

Medianews.az bildirir ki, Statistika Komitəsinin hesabatına görə, spirtli içkilər və tütün məmulatları 6 faiz, ərzaq və spirtsiz içkilər 5 faiz, kommunal xidmətlər 0,7 faiz dəyər artırıb.

Təhsil sahəsində qiymət artımı 8 faiz, nəqliyyatda 4,8 faiz, səhiyyə sektorunda 3,4 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 2 faiz, istirahət və mədəniyyət xidmətlərində 1,5 faiz, rabitədə 0,1 faiz göstərilir.

Rəsmi məlumata əsasən, 2024-cü illə müqayisədə geyim və ayaqqabılar 1,5 faiz ucuzlaşıb.

Medianews.az

Bizə qoşulun