Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiya qanunvericiliyinə əsasən çıxışı məhdudlaşdırılmalı olan məlumatlara maneə törətmə qaydalarını pozduğu üçün “TikTok Pte. Ltd.” şirkətini 3,5 milyon rubl (təxminən 77 min manat) məbləğində cərimələyib.
Medianews.az xəbər verir ki, bu barədə Moskva şəhər ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Yayılan məlumata görə, bu gün məhkəmə Çin şirkətini Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi (məlumatlara çıxışın məhdudlaşdırılması qaydalarının pozulması) ilə təqsirli bilib və ona inzibati cərimə kəsib