Medianews.az
Ərdoğana İranla bağlı mühüm çağırış:
103 baxış

Ərdoğana İranla bağlı mühüm çağırış: Müharibəyə qarışmayın

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə İran ətrafında yaranmış gərginliyi müzakirə etdiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, ABŞ lideri bunu NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərə bildirib.

Trampın sözlərinə görə, Türkiyə regional vəziyyətə görə münaqişəyə cəlb oluna biləcək ölkələrdən biri hesab edilsə də, Ankara hərbi müdaxilədən kənarda qalmağa üstünlük verib. 

“Mən ondan müdaxilə etməməsini xahiş etdim və o da bunu etmədi”, – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin Rusiya, Çin və Türkiyənin İran ətrafındakı qarşıdurmada birbaşa iştirak etməmək qərarını müsbət qiymətləndirdiyini qeyd edib.

Bundan başqa, Türkiyə və ABŞ liderlərinin NATO sammiti çərçivəsində ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə etməsinin gözlənildiyi bildirilir.

Xəbərdə vurğulanır ki, Ankara son günlər İran və İsrail arasında gərginliyin daha da dərinləşməməsi üçün diplomatik həll yollarına çağırış edib və bölgədə genişmiqyaslı müharibə riskindən narahatlığını ifadə edib./Yeni Sabah

Bizə qoşulun