Medianews.az
Ərdoğan Netanyahunun təhdidlərinə sərt cavab verdi:
135 baxış

Ərdoğan Netanyahunun təhdidlərinə sərt cavab verdi: “Türkiyəyə heç kim barmaq silkələyə bilməz”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İsrail Baş naziri Benyamin Netanyahunun təhdidlərinə sərt reaksiya verib.

Medianews.az xəbər verir ki, bu fikirləri Ərdoğan parlamentdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, Türkiyəyə qarşı edilən təhdidlər qəbulolunmazdır: “Heç kim Türkiyəyə barmaq silkələyə bilməz. Türkiyə sıradan dövlət deyil.”

Ərdoğan çıxışında Qəzza və Fələstin məsələsinə də toxunaraq İsrailin siyasətini kəskin tənqid edib və Türkiyənin bölgədə zülmə qarşı mövqeyini davam etdirəcəyini vurğulayıb.

Prezident həmçinin ölkəsinin enerji və müdafiə sənayesində əldə etdiyi nailiyyətlərdən danışıb, xüsusilə dəniz qazı hasilatı və yeni layihələr sayəsində enerji təhlükəsizliyinin gücləndiyini bildirib.

O, çıxışının sonunda Türkiyənin milli maraqlarını və mövqeyini qorumaqda qətiyyətli olacaqlarını bir daha qeyd edib.

Medianews.az

Bizə qoşulun