Medianews.az
"Epşteyn sənədləri” üzrə ifadə verənlərin müdafiəsini
68 baxış

"Epşteyn sənədləri” üzrə ifadə verənlərin müdafiəsini təmin etməyə hazıram – Mask

Dünyanın ən zəngin insanı, amerikalı biznesmen İlon Mask, maliyyəçi Ceffri Epşteynin işi üzrə məhkəmədə ifadə verməyə razı olan hər kəsin vəkil xərclərini ödəyəcəyini vəd edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bu barədə həqiqəti deyən və buna görə məhkəməyə verilən istənilən şəxsin hüquqi müdafiəsinin xərclərini mən ödəyəcəyəm”, – Mask "X" sosial şəbəkəsində digər istifadəçinin paylaşımına cavab olaraq yazıb.

O, həmçinin Epşteynin müştərilərinin siyahısının niyə daha əvvəl ABŞ Konqresinə təqdim edilmədiyini və sonradan dərc olunmadığını sual altına alıb.

Qeyd edək ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq bildirib ki, 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın gətirilməsini təşkil etdiyini göstərən sübutlar mövcuddur; onlardan ən kiçiyinin yaşı 14 olub.

Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dan deyil, bir çox digər ölkələrdən (o cümlədən keçmiş dövlət başçıları), iri sahibkarlar və şou-biznes ulduzları da daxil olmaqla çoxsaylı hazırkı və keçmiş vəzifəli şəxslər yer alıb. ABŞ-də maliyyəçiyə qarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana kamerasında ölməsindən sonra dayandırılıb.

Bizə qoşulun