Medianews.az
Ən çətin bürclər — Onların öz doğruları var
112 baxış

Ən çətin bürclər — Onların öz doğruları var

Astroloq Büşra Barışık Önder münasibətlərdə və gündəlik həyatda ünsiyyət qurmaqda çətinlik yaradan üç bürcü açıqlayıb.

Demokrat.az xəbər verir ki, onun fikrincə, bu bürcləri birləşdirən əsas xüsusiyyət yalnız öz baxış bucaqlarına inanmaları və fərqli fikirlərə açıq olmamalarıdır.

Astroloq bildirib ki, siyahının ilk sırasında Oğlaq bürcü yer alır. Onun sözlərinə görə, onlar güzəştə getməyən və yalnız öz doğrularına əsasən hərəkət edən xarakterləri ilə seçilirlər.

İkinci yerdə Dolça bürcü qərarlaşıb. Öndər hesab edir ki, bu bürc altında doğulanlar fərqli dünyagörüşünə malik olduqları üçün hadisələrə qeyri-adi prizmadan yanaşır və bu da onlarla ortaq məxrəcə gəlməyi çətinləşdirir.

Siyahının üçüncü pilləsində isə Qız bürcü yer alıb. Astroloqun sözlərinə görə, Qız bürcünün həddindən artıq detallara diqqət yetirməsi və mükəmməllik axtarışı münasibətlərdə davamlı tənqidə və anlaşılmazlıqlara səbəb ola bilir.

Qeyd edək ki, astroloji şərhlər elmi cəhətdən təsdiqlənmiş faktlara deyil, astroloji inanclara əsaslanır və insanların xarakterini və davranışlarını etibarlı şəkildə müəyyən etdiyini göstərən elmi sübut yoxdur.

Bizə qoşulun