Medianews.az
FIFA apellyasiya şikayətini
116 baxış

FIFA apellyasiya şikayətini təmin etməyib

FIFA Belçika Futbol Federasiyasının ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı etdiyi apellyasiya şikayətini təmin etməyib.

Medianews.az xəbər verir ki, qurum qırmızı vərəqə səbəbindən verilən 1 oyunluq cəzanın şərti olaraq təxirə salınmasına dair qərarı qüvvədə saxlayıb.

Bununla da Baloqun DÇ-2026-nın 1/8 finalında Belçikaya qarşı keçiriləcək oyunda meydana çıxmaq hüququ əldə edib.

Qeyd edək ki, Belçika Futbol Federasiyası FIFA-nın qərarının turnirin intizam qaydalarına zidd olduğunu bildirərək apellyasiya şikayəti vermişdi.

Federasiya qırmızı vərəqə alan futbolçunun növbəti oyunu avtomatik buraxmalı olduğunu əsas gətirmişdi. Lakin FIFA bu etirazı qəbul etməyib.//apa

Bizə qoşulun