Medianews.az
Əhaliyə ŞOK XƏBƏRDARLIQ -
278 baxış

Əhaliyə ŞOK XƏBƏRDARLIQ - Ölə bilərsiniz!

Almaniyadan İstanbula istirahətə gələn Böcək ailəsinin Ortaköydə yediyi yeməklərdən sonra 3 nəfərin həyatını itirməsi hər kəsin beynində eyni sualı yaradıb: Küçədən nə yemək olmaz?

Professor Kaan Yılancıoğlu küçədən alınması ən riskli 10 qidanı və səbəblərini açıqlayıb.

Musavat.com həmin qidaları təqdim edir.

Açıq şəkildə satılan midyə

Qum, bakteriya, ağır metallar… Qida zəhərlənmələrinin böyük hissəsi buradan qaynaqlanır.

Küçədə bişirilən kokoreç

Temperatur nəzarəti yoxdursa, salmonella və kampilobakteriya üçün ideal şəraitdir.

Doğranmış meyvə

İstifadə edilən bıçaq və suyun təmizliyi bilinmir.

Açıq havada qalan souslar (mayonez, ketçup)

İsinmiş souslar toksin istehsal edən bakteriyalar üçün əlverişlidir.

Uzun müddət açıq havada saxlanılan balıq-sendviç

Balıq + isti hava = histamin zəhərlənməsi riski.

Küçədə qızardılan kartof və ya börək

Yağın neçə dəfə istifadə edildiyi bilinmir.

“Buxarı çıxmayan”, yəni yetərincə bişməmiş dönər

Ət kifayət qədər qızdırılmayıbsa, E.coli təhlükəsi var.

Yuyulmamış göyərti ilə hazırlanan tost, sendviç və salatlar

Su mənbəyi şübhəlidirsə, parazit riski yüksəkdir.

Açıq şəkildə satılan südlü şirniyyatlar

Süd + isti hava = qida zəhərlənməsinin “şahı”.

Mənşəyi bilinməyən şərbətli şirniyyatlar

Şərbət saatlarla açıq havada qalır - bu isə bakteriyalar üçün ideal çoxalma mühitidir.

Bizə qoşulun