Yaxın Şərqdə artan gərginlik və İran-ABŞ qarşıdurması fonunda neft qiymətlərində ciddi dalğalanma müşahidə olunur. İsrail və ABŞ-ın İrana hücumundan sonra Tehran İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə raket zərbələri endirib. İranın Hörmüz boğazında tanker hərəkətini məhdudlaşdırması isə qlobal enerji bazarında narahatlığı artırıb.
Medianews.az xəbər verir ki, baş verən hadisələr nəticəsində Brent markalı neftin bir barelinin qiyməti 120 dollara qədər yüksəlib.
Qiymət artımını sabitləşdirmək məqsədilə Beynəlxalq Enerji Agentliyi (IEA) üzv ölkələrin fövqəladə ehtiyatlarından bazara 400 milyon barel neft buraxılacağını açıqlayıb.
Geosiyasi risklərin artdığı bir vaxtda diqqət dünyada ən çox neft istehlak edən ölkələrə yönəlib. Məlumata görə, siyahıya açıq fərqlə ABŞ başçılıq edir. ABŞ gündəlik 19,12 milyon barel neft istehlak edir. İkinci yerdə 16,37 milyon barel ilə Çin qərarlaşıb. Hər iki ölkə birlikdə gündə təxminən 35 milyon barel neft istifadə edir ki, bu da qlobal tələbatın təxminən üçdə birinə bərabərdir.
Üçüncü sırada sürətlə böyüyən iqtisadiyyatı və artan sənaye istehsalı ilə Hindistan yer alır. Bu ölkədə gündəlik neft istehlakı 5,62 milyon barel təşkil edir.
Gündəlik istehlaka görə dünyada ən çox neft istifadə edən ölkələr:
- ABŞ – 19,12 milyon barel
- Çin – 16,37 milyon barel
- Hindistan – 5,62 milyon barel
- Səudiyyə Ərəbistanı – 3,96 milyon barel
- Rusiya – 3,85 milyon barel
- Yaponiya – 3,24 milyon barel
- Cənubi Koreya – 2,89 milyon barel
- Braziliya – 2,58 milyon barel
- Kanada – 2,33 milyon barel
- Almaniya – 2,05 milyon barel
- İran – 1,95 milyon barel
- Meksika – 1,85 milyon barel
- İndoneziya – 1,63 milyon barel
- Sinqapur – 1,49 milyon barel
- Fransa – 1,36 milyon barel
- Böyük Britaniya – 1,33 milyon barel
- İspaniya – 1,27 milyon barel
- İtaliya – 1,26 milyon barel
- Tailand – 1,25 milyon barel
- Birləşmiş Ərəb Əmirlikləri – 1,18 milyon barel
- Türkiyə – 1,16 milyon barel
- Avstraliya – 1,09 milyon barel
- Malayziya – 0,93 milyon barel
- İraq – 0,92 milyon barel
- Tayvan – 0,82 milyon barel.
Medianews.az
