Medianews.az
“Donuz ətidir, davam et” –
182 baxış

“Donuz ətidir, davam et” – Atanın sözləri etiraz doğurdu - VİDEO

Türkiyədə deist olduğunu deyən ata ilə müsəlman oğlu arasındakı dialoq gündəm olub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, ata və oğulun arasındakı diqqət çəkən söhbət bir məkanda şam yeməyi zamanı baş tutub.  

Ata oğlundan kolbasanın dadını soruşur və “çox dadlıdır” cavabını aldıqdan sonra ofisiantı çağıraraq məhsulun donuz ətindən hazırlanıb-hazırlanmadığını dəqiqləşdirir.

“Bəli” cavabından sonra ata bunu oğluna deyir və yeməyə davam etməsini istəyir. Uşağın üz ifadəsinin dəyişməsi və bir müddət sonra yeməyi dayandırması diqqət çəkib.

Video sosial mediada iki fərqli mövqe yaradıb. Bəzi istifadəçilər bunu uşağın dini həssaslıqlarına hörmətsizlik kimi qiymətləndirib, digərləri isə hadisənin ata-oğul arasında zarafat olduğunu bildirib.

Medianews.az

Bizə qoşulun