Medianews.az
Dondurma niyə faydalı
69 baxış

Dondurma niyə faydalı hesab olunur?

Diyetoloq Olqa Yamilova bildirib ki, dondurmanın əsas faydası onun kalsium və asan mənimsənilən zülal mənbəyi olması, həmçinin insanın əhvalını yaxşılaşdıraraq stress səviyyəsini azaltmasıdır.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, klassik dondurmanın tərkibində olan süd və qaymaq orqanizm üçün faydalı qida maddələri ilə zəngindir. Bununla yanaşı, desertdən alınan həzz də psixoloji baxımdan müsbət təsir göstərir.                            

Lakin diyetoloq xəbərdarlıq edib ki, dondurmanın tərkibindəki yüksək şəkər və heyvani yağlar artıq çəki, ürək-damar problemləri və digər sağlamlıq risklərini artıra bilər. O, xüsusilə tərkibində palma yağı, süni əlavələr və dadlandırıcılar olan məhsulların faydasının xeyli az olduğunu vurğulayıb.

Medianews.az

Bizə qoşulun