Medianews.az
Dərsdə göz yaşardıcı qazı
88 baxış

Dərsdə göz yaşardıcı qazı açdı

Rusiyanın Altay diyarının Biyisk şəhərində yerləşən məktəblərdən birində xoşagəlməz hadisə baş verib.

Medianews.az xəbər verir ki, 8-ci sinif şagirdi dərs zamanı göz yaşardıcı qazı sinif otağında açıb.

Nəticədə bir neçə şagird sağlamlıq zərəri alıb və onlara dərhal tibbi yardım göstərilib. Hadisə yerinə həkimlər çağırılıb, otaq havalandırıldıqdan sonra dərslər davam etdirilib.

Məktəb rəhbərliyi dərsləri dayandırmasa da, insident valideynlər və müəllimlər arasında ciddi narahatlıq yaradıb.

Hadisə ilə bağlı oğlana  “xuliqanlıq” maddəsi üzrə cinayət işi açıb. Hazırda hüquq-mühafizə orqanları şahidlərin ifadəsini alır, göz yaşardıcı qazı məktəbə necə gətirildiyini araşdırır və məktəb rəhbərliyinin məsuliyyətini qiymətləndirir.

Araşdırmalar davam edir, şagirdin qanun qarşısında cavab verməsi gözlənilir.

Medianews.az

Bizə qoşulun