Medianews.az
Dəhşətli qətl: bədənin hissələri
62 baxış

Dəhşətli qətl: bədənin hissələri gölməçədə tapıldı - FOTO

ABŞ-də yeniyetmələr gölməçədə insan ayağı tapıblar.

Medianews.az xəbər verir ki, hadisə martin 4-ü, Massaçusets ştatında baş verib.

Yeniyetmələr gölməçənin yaxınlığındakı körpüdən keçərkən suda ayaq görüb polisə məlumat veriblər.

Polislər gölməçədən daha bir neçə bədən hissəsi tapsalar da, hələ bütün parçaları aşkar edə bilməyiblər. Məlum olub ki, bu qalıqlar 69 yaşlı narkotik satıcısı Peter Deqana məxsusdur.

Deqan 2018-ci ildə kokain qaçaqmalçılığına görə həbs olunmuşdur. O, sonuncu dəfə fevralın 27-də sağ olaraq görülüb. Polis Deqanın qətlinin əvvəlcədən planlaşdırıldığına şübhə edir: kimsə ona hücum edib, bədən üzvlərini parçalayıb və dəlilləri gölməçədə gizlətməyə çalışıb.

İstintaq davam edir.

Fotoda Peter Deqan

Medianews.az

Bizə qoşulun