Əslən Naxçıvanın Şahbuz rayonundan olan Rüstəm Dilavər oğlu Mustafayev Ukraynada gedən döyüşlərdə həlak olub.
Bu barədə Ukrayna Azərbaycanlılarının Diasporundan məlumat verilib.
Məlumata görə, Rüstəm Mustafayev Ukrayna ordusunun 128-ci əlahiddə dağ-hücum briqadasının 1-ci dağ-hücum batalyonunun tərkibində xidmət edib.
Onun Zaporojye vilayətində gedən döyüşlər zamanı həlak olduğu bildirilib.
Qeyd edək ki, Rüstəm Mustafayevin qardaşı da cəbhədə döyüşür.
Xatırladaq ki, martın 22-də könüllü döyüşçü Rəşad Fəzail oğlu Məmmədov da Rusiya-Ukrayna münaqişəsində həlak olub./oxu.az
