Medianews.az
Çobanlar arasında mübahisə
94 baxış

Çobanlar arasında mübahisə qanla bitdi

Ağdam rayonunda çobanlar arasında baş verən mübahisə ağır nəticələrlə yekunlaşıb.

Medianews.az  “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.

İlkin məlumata görə, yeyib-içdikdən sonra çobanlar arasında yaranan mübahisə zamanı rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Gözəlov 1975-ci il təvəllüdlü Rövşən Şirinova ov tüfəngi ilə atəş açıb.

Nəticədə Rövşən Şirinov qol nahiyəsindən güllə yarası alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Məlumata görə, hadisədən sonra Elşad Gözəlovun da meyiti tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb. 

Bizə qoşulun