Medianews.az
Çinli "3 bacı dolması" yeyərsə... -
102 baxış

Çinli "3 bacı dolması" yeyərsə... - VİDEO

Çinli bir kişinin Azərbaycan mətbəxinin məşhur təamı olan "3 bacı dolması"nı dadması sosial şəbəkələrdə marağa səbəb olub.

Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, görüntülər qısa zamanda yayılaraq izləyicilərin diqqətini çəkib.

Videoda Çinli qonağa badımcan, pomidor və bibərdən hazırlanan ənənəvi "3 bacı dolması" təqdim olunur. Təamın dadına baxan asiyalı kişi təəccübünü gizlədə bilmir.

O, yeməyin dadını çox bəyəndiyini sözlərlə yanaşı jest və mimikaları ilə də ifadə edir.

İzləyicilər şərhlərdə Azərbaycan mətbəxinin zənginliyini vurğulayıb, milli yeməklərin xaricilər tərəfindən bəyənilməsinin qürurverici olduğunu qeyd ediblər.

Görüntülər minlərlə baxış toplayıb. Şərhlərdə bir çox insan Çinli qonağın səmimi reaksiyasını "ən gözəl reklam" adlandırıb.

Bizə qoşulun