Medianews.az
Çin müasir şəhərlər üçün “dörd yaxşı” strategiyasını irəli sürüb
93 baxış

Çin müasir şəhərlər üçün “dörd yaxşı” strategiyasını irəli sürüb

Çin müasir şəhərlər üçün “dörd yaxşı” strategiyasını irəli sürüb.

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən Dünya Şəhər Forumu (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında Çinin Mənzil və Şəhər-Rural İnkişaf Nazirliyinin (MOHURD) Baş iqtisadçısı Van Şencjun deyib.

ÇXR rəsmisi bildirib ki, ölkədə yeni tip şəhərləşmə səviyyəsi, şəhər inkişafının keyfiyyəti, şəhər planlaşdırılması və idarəetmə sistemi, əhali mobilliyi, tarixi-mədəni irsin qorunması və şəhər ekoloji mühitinin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.

O qeyd edib ki, Çin son 10 ildə Yeni Şəhər Gündəliyinin icrası üzrə əldə olunan nəticələri ümumiləşdirərək milli hesabat hazırlayıb və forum çərçivəsində bu təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşür.

Rəsmiyə görə, Çin “xalq üçün şəhər” konsepsiyası əsasında şəhər modernizasiyasını davam etdirir və “dörd yaxşı” şəhərsalma modelini irəli sürür.

Ona görə, bu yanaşmaya aşağıdakılar daxildir: yaxşı evlər, yaxşı yaşayış məhəllələri, yaxşı icmalar,yaxşı şəhər rayonları.

ÇXR rəsmisi bildirib ki, bu model çərçivəsində innovativ, yaşanabilən, ekoloji cəhətdən dayanıqlı, ağıllı və mədəni inkişafı təmin edən müasir şəhərlər formalaşdırılır.

Onun sözlərinə görə, “yaxşı evlər” təhlükəsiz, rahat, yaşıl və ağıllı tikinti standartları əsasında inşa olunur; “yaxşı yaşayış məhəllələri” isə köhnə şəhər ərazilərinin yenilənməsi vasitəsilə formalaşdırılır.

Eyni zamanda, “yaxşı icmalar” tam infrastruktur və təhlükəsiz mühitə malik yaşayış sahələrini nəzərdə tutur, “yaxşı şəhər rayonları” isə şəhər yenilənməsi və yerli xüsusiyyətlərin qorunması ilə inkişaf etdirilir.

Çin rəsmisi vurğulayıb ki, şəhərlər müasir inkişafın əsas daşıyıcısı və insanların rifahının mühüm məkanıdır. O əlavə edib ki, Çin BMT-nin müvafiq qurumları ilə əməkdaşlığı davam etdirərək Yeni Şəhər Gündəliyinin icrasına və qlobal şəhər inkişafı təcrübəsinin paylaşılmasına töhfə verməyə hazırdır./Trend

Bizə qoşulun