Medianews.az
Çin gəmiləri Hörmüz boğazında qalıb:
93 baxış

Çin gəmiləri Hörmüz boğazında qalıb: Pekin tərəflərə çağırış etdi

Honkonqda qeydiyyatdan keçmiş 100-ə yaxın gəmi Hörmüz boğazında bloklanmış vəziyyətdə qalıb. Həmin gəmilərin göyərtəsində təxminən 2 300 dənizçinin olduğu deyilir.

Bu barədə "South China Morning Post" nəşri Honkonq Gəmi Sahibləri Assosiasiyasının (Hong Kong Shipowners Association) rəhbəri Riçard Hekstin sözlərinə istinadən məlumat yayıb.

Assosiasiya sədri qeyd edib ki, Hörmüz boğazında bloklanmış gəmini çıxarmağa çalışmaq yüksək risklərlə müşayiət olunur, çünki gəmiyə hər an atəş açılması təhlükəsi mövcuddur.

Onun fikrincə, hazırkı məqamda sənaye üçün başlıca hədəflər heyət üzvlərinin ərzaq və içməli su təchizatını davam etdirmək, eyni zamanda onlara psixoloji dəstək göstərməkdir.

Çin tərəfi gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidinin təcili şəkildə bərpa edilməsinə çağırır.\oxu.az

Bizə qoşulun