Medianews.az
“ChatGPT”də ciddi
47 baxış

“ChatGPT”də ciddi dəyişikliklər edildi

“OpenAI” “ChatGPT”nin istifadəçilərlə həddindən artıq emosional ünsiyyət qurmasının qarşısını almaq üçün modeldə yeni məhdudiyyətlər tətbiq edib.

Qafqazinfo xəbər verir ki, son yeniləmələr çatbotun “çox emosional, tərif dolu və asılılıq yaradan” davranışlara meyil göstərməsinə səbəb olub.

Yeni qaydalara əsasən, “ChatGPT” uzun emosional söhbətlər zamanı fasilələr təklif edəcək və istifadəçidə bağlılıq yaradan reaksiyaları məhdudlaşdıracaq. Sistem zərərli təsdiqləmələr, yanlış məsləhətlər və özünə zərər yönümlü cavabların qarşısını almaq üçün daha sərt şəkildə tənzimlənib.

MIT və “OpenAI”nin birgə araşdırması göstərir ki, “ChatGPT”dən uzunmüddətli istifadə sosial və psixoloji mənfi nəticələrə yol aça bilər. Buna görə şirkət daha neytral və məsafəli üslub təqdim edən “daha soyuq dil” strategiyasını tətbiq edib.

Yeni “GPT-5” modeli gücləndirilmiş təhlükəsizlik mexanizmləri və təkmilləşdirilmiş risk aşkarlaması ilə təqdim olunur. “OpenAI”nin əsas məqsədi istifadəçilərlə süni intellekt arasında sağlam olmayan emosional bağlılığın qarşısını almaqdır.

Bizə qoşulun