Medianews.az
“ChatGPT-ni silin” çağırışı başladı –
116 baxış

“ChatGPT-ni silin” çağırışı başladı – SƏBƏB

Dünyanın ən populyar süni intellekt platformalarından biri olan "ChatGPT" sosial mediada boykot çağırışları ilə üzləşib.

Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, "ChatGPT-ni silin" heşteqi qısa zamanda milyonlarla istifadəçiyə çatıb və bir çox şəxs alternativ tətbiqlərə keçdiyini açıqlayıb.

Müzakirələrin mərkəzində platformanın yaradıcısı OpenAI dayanır. Şirkətin baş direktoru Sem Altmanın ABŞ Müdafiə Nazirliyi - ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə texnologiya təminatına dair müqavilə imzaladığı barədə açıqlaması geniş ictimai reaksiyaya səbəb olub.

Tənqidlərin artmasından sonra minlərlə istifadəçi sosial şəbəkələrdə abunəliklərini ləğv etdiklərini bəyan edib. Pop ulduz Keti Perri də X platformasında "ChatGPT"dən imtina etdiyini və "Claude" tətbiqinə keçdiyini açıqlayıb.

Sem Altman müqavilədə silahların və kütləvi nəzarətin qadağan olunduğunu vurğulasa da, bu açıqlama sosial mediada yaranan narazılığı tam səngitməyib. İstifadəçilərin bir qismi alternativ olaraq Anthropic şirkətinin hazırladığı süni intellekt xidmətlərinə üstünlük verdiklərini bildirirlər.

Bizə qoşulun