Medianews.az
Çempionlar Liqası:
160 baxış

Çempionlar Liqası: sxem bir daha yeniləndi

UEFA Çempionlar Liqasının 2026-2027 mövsümünün sxemi bir daha yenilənib.

Medianews.az bildirir ki, İngiltərə və İspaniyadan 5, İtaliya və Almaniyadan 4, Fransadan 3, Niderlanddan 2, Portuqaliya, Belçika, Çexiya, Türkiyə və Ukraynadan 1 komanda liqa mərhələsinə birbaşa vəsiqə alır.

Avropa Liqasının 2025-2026 mövsümünün qalibi də liqa mərhələsində start götürür, ancaq həmin komanda turnirə ölkə çempionatının nəticəsinə görə çıxsa, sxem dəyişəcək.

Turnirdə dörd təsnifat mərhələsi var.

Macarıstan, Rumıniya, Sloveniya, Bolqarıstan, Azərbaycan, İrlandiya, Moldova, İslandiya, Bosniya, Ermənistan, Latviya, Kosovo, Finlandiya, Qazaxıstan, Farer adaları, Malta, Şimali İrlandiya, Litva, Estoniya, Albaniya, Monteneqro, Lüksemburq, Uels, Gürcüstan, Şimali Makedoniya, Belarus, Andorra, Cəbəllütariq, San Marino çempionları turnirə birinci mərhələdən başlayır.

İkinci mərhələnin çempionlar yoluna Polşa, Danimarka, İsveçrə, İsrail, Kipr, İsveç, Xorvatiya, Serbiya, Slovakiya çempionları, liqalar yoluna Türkiyə, Norveç, Yunanıstan, Avstriya, Şotlandiya və Polşanın gümüş medalçıları buraxılır.

Üçüncü mərhələnin liqalar yoluna Fransa çempionatının dördüncüsü, Niderlandın bürünc medalçısı, Portuqaliya, Belçika və Çexiyanın gümüş medalçıları dəvət alır.

Dördüncü mərhələnin çempionlar yolunda Norveç, Yunanıstan, Avstriya, Şotlandiya çempionları yer alır.

Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, qalan mərhələlərdə ələnənlər Avropa Liqasına köçəcək.

36 komandalıq liqa mərhələsində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala vəsiqə alacaq.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

Toğrul Əli

Medianews.az

Bizə qoşulun