"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində Almaniyanın "Ayntraxt Frankfurt" klubunu qəbul edəcək.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın start fiti saat 21:45-də səslənəcək.
Qarşılaşmanı isveçrəli FIFA referisi Sandro Şerer idarə edəcək.
Ağdam təmsilçisinin altı oyundan sonra 7, rəqibin isə 4 xalı var.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VII tur
21 yanvar
21:45 "Qarabağ" - "Ayntraxt Frankfurt" (Almaniya)
Baş hakim: Sandro Şarer
Baş hakimin köməkçiləri: Stefan de Almeyda, Conas Erni
Dördüncü hakim: Yohannes von Mandah
VAR: Fedayi San
AVAR: Lukas Fendrix
(Hakimlər briqadası İsveçrədəndir)
Tofiq Bəhramov adına Respublika stadionu.