Medianews.az
Çay sevənlərə xəbərdarlıq:
105 baxış

Çay sevənlərə xəbərdarlıq: Normanı aşmayın

Qastroenteroloq Yevgeni Belousov bildirib ki, çayın həddindən artıq qəbulu sağlamlıq üçün risk yarada bilər.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, sağlam insan üçün gündə 3-5 stəkan çay kifayətdir. Bu normanın aşılması, xüsusilə də tünd çay içildikdə mənfi təsirlər yarada bilər.

Həkim qeyd edib ki, çay çox dəmləndikdə və ya litr-litr içildikdə orqanizmə kofein və taninlərin artıq miqdarı daxil olur. Bu isə ürək döyüntülərinin artması, yuxusuzluq və narahatlıq kimi problemlərə səbəb ola bilər.

Bundan əlavə, qastrit, yüksək təzyiq, əsəbilik və ürəkdöyünmə problemi olan insanlara çayı ehtiyatla içmək tövsiyə olunur. Acqarına çay içmək də məsləhət görülmür.

Medianews.az

Bizə qoşulun