Amerikanın CNN televiziya kanalının müxbiri Sara Sidner Minneapolisdə etirazları işıqlandırarkən gözyaşardıcı qazla vurulub.
Medianews.az xəbər verir ki, canlı yayımın bir hissəsi TMZ tərəfindən dərc edilib.
Sara, ağır öskürməyə başlayıb. Tanımadığı bir şəxs ona su verib. Yalnız sonra Sara danışmağa davam edib.
"Buradakı insanların hamısı, o cümlədən jurnalistlər bir-birinə kömək edir. Bu, çox güclü bir qazdır", - Sidner deyib. Studiyadakı CNN aparıcısı ona fasilə verib və canlı yayıma biraz sonra qayıtmağı təklif edib.
Sidner hadisəni özünün instaqram səhifəsində şərh edib. O bildirib ki, polisin istifadə etdiyi gözyaşardıcı qaz nəfəs almağı mümkünsüz edib.
Medianews.az