Medianews.az
Bu şəhəri tovuzquşuları
89 baxış

Bu şəhəri tovuzquşuları "ələ keçirib"

İtaliyanın Adriatik dənizi sahilində yerləşən Punta-Marina şəhəri tovuzquşularının kütləvi yayılması səbəbindən ciddi problemlərlə üzləşib. 

Medianews.az bildirir ki, bu barədə Qaynarinfo məlumat yayıb.

Bildirilir ki, şəhərdə məskunlaşan quş koloniyası əsl xaosa səbəb olub. Yerli sakinlərin hesablamalarına görə, ərazidə təxminən 400 tovuzquşu var.

"Onlar hər yerdədir!", deyə şəhər sakinlərindən biri bildirib.

Məlumata görə, tovuzquşuları nəqliyyatın hərəkətinə mane olur, evlərin və avtomobillərin damlarına ziyan vurur. Sakinlər həmçinin quşların səs-küyündən şikayətlənirlər. Onların sözlərinə görə, tovuzquşuları səhər saat 4-dən etibarən qışqırmağa başlayır və bu da insanların yuxusunu pozur.

Şəhər rəhbərliyi yaxın vaxtlarda quşların sayını müəyyənləşdirmək və problemin həlli üçün tədbirlər görmək niyyətindədir. Lakin heyvan haqlarını müdafiə edənlər bu quşların qorunmalı olduğunu bildirərək onların toxunulmaz sayılmasını tələb edirlər.

 

Bizə qoşulun