“Tramp-Zelenski danışıqlarının nəticəsiz bitməsi göstərir ki, ABŞ Prezidenti əməli fəaliyyətlə yox, boşboğazlıq və ucuz şou ilə məşğuldur”.
Medianews.az bildirir ki, əməkdar jurnalist, professor Qulu Məhərrəmli ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenskinin Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirdikləri görüşün nəticələrini öz feysbuk hesabında şərh edərkən belə yazıb.

Q.Məhərrəmli bildirib ki, Tramp Putin faktorundan əməlli-başlı çəkinir: “Onun mətbuat konfransında səsləndirdiyi "Rusiya Ukraynanın yenidən qurulmasına kömək edəcək... Putin Ukraynaya ucuz elektrik enerjisi vermək istəyir" fikirləri müasir dünyada siyasi riyakarlığın parlaq nümunəsi və Trampın diplomatik acizliyinin göstəricisidir”.