Medianews.az
Bu rayonlarda 15-18 dərəcə isti olacaq -
95 baxış

Bu rayonlarda 15-18 dərəcə isti olacaq - PROQNOZ

Fevralın 1-də Azərbaycanın şəhər və rayonlarında müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Medianews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 3–6° isti, gündüz 8–11° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70–80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında  əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 2–7° isti, gündüz 13–18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10–15° isti olacaq.

Naxçıvan Muxtar Respublikası (Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur)

Bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir, qar yağacağı ehtimalı var. Ayrı-ayrı ərazilərdə yağıntılar intensiv ola bilər. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3–8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən–Gədəbəy və Göygöl rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə yağıntı və qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10–15° isti olacaq.

Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) əsasən yağmursuz hava şəraiti gözlənilir. Dağlıq ərazilərdə arabir yağıntı və qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 0–5° isti, dağlıq ərazilərdə 2°-dək şaxta, gündüz 12–17° isti, dağlıq ərazilərdə 5°-dək isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda əsasən yağmursuz hava gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə yağıntı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi rayonlarda güclənəcək. Havanın temperaturu gecə 1–6° isti, gündüz 12–17° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi qərb rayonlarında arabir yağıntı və qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1–6° isti, gündüz 11–16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8–13° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada əsasən yağmursuz hava şəraiti gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi rayonlarda güclənəcək.

Havanın temperaturu gecə 2–7° isti, gündüz 13–18° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara və Cəlilabadda əsasən yağmursuz hava gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə arabir yağıntı ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4–7° isti, gündüz 12–17° isti, dağlıq ərazilərdə gecə 4–7° isti, gündüz 10–15° isti olacaq.

Bizə qoşulun