Medianews.az
Bu pəhriz xərçəng riskini azaldır –
63 baxış

Bu pəhriz xərçəng riskini azaldır – mütəxəssis AÇIQLADI

“Qidalanma xərçəngin bütün növlərinə təsir göstərir”.

Medianews.az xəbər verir ki, bunu ingiltərəli tibb mütəxəssisi Fəderika Amati deyib.

O, ən təsirli pəhriz kimi pesketarianlığı (balıq və bitki mənşəli qidalar, az miqdarda isə toyuq və qırmızı əti nəzərdə tutan pəhriz) göstərib. Bu pəhriz, mütəxəssisə görə, xroniki xəstəliklərin, o cümlədən onkoloji xəstəliklərin riskini azaltmaqla əlaqələndirilən Aralıq dənizi dietasına yaxındır.

Amati vurğulayıb ki, gündəlik menyuda ən azı 3 porsiya tam dənli məhsullar, 5 və ya daha çox porsiya müxtəlif tərəvəz və meyvələr, həmçinin omega-3 mənbələri (yağlı balıq, kətan toxumu, qoz) olmalıdır. Həmçinin, lifli qidalar (lobya, mərcimək və digər paxlalılar), mütənasib miqdarda ət və toyuq pəhrizə daxil edilməlidir.

Əsas tövsiyə isə işlənmiş ət məhsullarının və hazır yeməklərin istifadəsini minimuma endirməkdir.

Medianews.az

Bizə qoşulun