Rusiya ilə müharibənin davam etdiyi Ukraynada bir şəxsin küçədə zorla aparıldığını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Medianews.az xəbər verir ki, kadrlarda hərbi forma geyimli şəxslərin bir kişini güc tətbiq edərək avtomobilə mindirdiyi görünür.
Kimliyi hələ dəqiqləşdirilməyən şəxsin müqavimət göstərməsinə baxmayaraq zorla aparıldığı iddia olunur.
Hadisənin məcburi hərbi xidmət çərçivəsində baş verdiyi irəli sürülür. Ölkədə müharibə səbəbindən bu sistem tətbiq olunsa da, vaxtaşırı “zorla hərbi xidmətə cəlbetmə” iddiaları müzakirələrə səbəb olur.
Rəsmi qurumlar bu prosesin qanun çərçivəsində həyata keçirildiyini bildirsə də, yayılan görüntülər cəmiyyətdə mübahisələri yenidən gücləndirib.
Hadisə ilə bağlı Ukrayna rəsmilərindən hələlik açıqlama verilməyib. Görüntülərin çəkildiyi yer və vaxt təsdiqlənməyib.
Medianews.az