Medianews.az
Bu ölkədə yaşayanlara 30 min dollar veriləcək
156 baxış

Bu ölkədə yaşayanlara 30 min dollar veriləcək

İtaliyanın Toskana bölgəsində yerləşən Radikondoli qəsəbəsi əhalinin azalmasının qarşısını almaq üçün yeni sakinlərə maliyyə dəstəyi verir.

Medianews.az xəbər verir ki, tarixi yaşayış məntəqəsi ora köçmək istəyənlərə təxminən 30 min dollar məbləğində təşviq ayırıb.

Florensiyadan bir saatlıq məsafədə yerləşən Radikondolidə əhali 3 mindən 966 nəfərə enib. Qəsəbədəki 450 evdən təxminən 100-ü boşdur. Bələdiyyə bu evləri doldurmaq və uzunmüddətli yaşayışı təşviq etmək məqsədi güdür.

Proqrama əsasən, ev alanlar qəsəbədə ən azı 10 il, kirayəçilər isə 4 il yaşamalıdır. Kiçik mənzillərin qiyməti 50 min avrodan, daha böyük evlərin qiyməti isə 100 min avrodan başlayır. Kirayə haqları subsidiya hesabına ayda 200 avroya qədər endirilir.

Bələdiyyə rəhbərliyi layihə üçün 400 min avrodan çox büdcə ayırıb. Məqsəd gəncləri cəlb etmək, iqtisadi fəallığı artırmaq və yaşayış keyfiyyətini yüksəltməkdir. Rəsmi məlumatlara görə, layihə həyata keçirildikdən sonra qəsəbənin əhalisi artım göstərməyə başlayıb.

Medianews.az

Bizə qoşulun