Medianews.az
"Bu, karyeramın ən vacib oyunudur” -
127 baxış

"Bu, karyeramın ən vacib oyunudur” - VİDEO

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun “Ayntraxt”la oyunundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

Medianews.az “Qafqazinfo”ya istinadən braziliyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Bu gün 20 Yanvardır. Bilirəm ki, ölkə üçün çox önəmli və kədərli gündür. 36 il bundan öncə insanlar müstəqillik üçün küçələrə axışıb və həyatlarını qurban veriblər. Allah onlara rəhmət etsin. Oyunla bağlı deyim ki Çempionlar Liqası matçıdır, bizim üçün çox vacibdir. Türkiyədə idik, orada hazırlıq keçdik. Bu, bizim üçün çox önəmli idi. İnanıram və ümid edirəm ki, bu toplanışda işlədiklərimizi sabah həyata keçirə biləcəyik.

- Bu oyunu öz karyeran üçün əhəmiyyətli hesab edirsən?

- Əminliklə deyə bilərəm ki bəli. Turnirin nəhəngliyini, oyunun vacibliyini nəzərə alsaq, çox önəmli matçdır. Qalib gəlsək, nələr olacağını təsəvvür edə bilirsiniz.

- Yenidən “matçın ən yaxşısı” olmaq məqsədin var?

- Belə məqsədim yoxdur. Əsas komandanın qalibiyyətidir. Əsas qələbə qazanmaqdır. Oyundan sonra kim seçiləcək, başqa məsələdir.

- Adın bir çox klublarla hallanırdı. Bu, sənin “Ayntraxt”la oyuna fokuslanmağına nə dərəcədə təsir etdi?

- Qətiyyətlə deyə bilərəm ki, bu, mənim oyuna köklənməyimə mane olmur. Bu matç karyeramın ən önəmli oyunudur. Tamamilə bu qarşılaşmaya fokuslanmışam. Digər məsələlər Qurban Qurbanovun və klub rəhbərliyinin işidir. Mən yanız oyunu düşünürəm.

Bizə qoşulun