Medianews.az
Bu gün atışma olan yer Reyqana sui-qəsd cəhdinin edildiyi oteldir
63 baxış

Bu gün atışma olan yer Reyqana sui-qəsd cəhdinin edildiyi oteldir

ABŞ prezidenti Donald Tramp və Ağ Ev müxbirlərinin şam yeməyi əsnasında atışmanın baş verdiyi yer  45 il əvvəl sabiq prezident Ronald Reyqana sui-qəsd cəhdinin edildiyi oteldir

Medianews.az Lent.az-a istinadən xəbər verir ki, Reyqan 1981-ci ildə bu gün atışmanın baş verdiyi “Washington Hilton” otelinin qarşısında ağır yaralanıb.

Silahlı şəxs, 25 yaşlı Con Hinkli altı dəfə atəş açıb və güllələrdən biri Reyqanın sol qolunun altından ağciyərinə keçib.

Xeyli qan itirən və ağır vəziyyətdə olan Reyqan 12 gün sonra xəstəxanadan evə buraxılıb.

Bizə qoşulun