Şirvan şəhərində məhkəmə infrastrukturunun yenilənməsi istiqamətində yeni layihənin icrasına hazırlıq görülür.
Gələcəkdə Şirvan Məhkəmə Kompleksinin inşası planlaşdırılır və bunun üçün ilkin layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Layihə çərçivəsində kompleksin memarlıq-planlaşdırma həlləri, mühəndis-kommunikasiya sistemləri və tikinti xərclərinin hesablanması üzrə sənədlər hazırlanacaq. Hazırlanacaq sənədlər daha sonra aidiyyəti qurum olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyində təsdiqlənəcək.
İşlərin həyata keçirilməsi üçün təxminən 300 min manatlıq maliyyə dəyəri nəzərdə tutulur. Sənədləşmə mərhələsi başa çatdıqdan sonra kompleksin tikintisinə dair növbəti addımların atılması gözlənilir.
Yeni məhkəmə binasının məqsədi Şirvan şəhərində məhkəmə xidmətlərinin daha müasir və əlçatan şəraitdə həyata keçirilməsini təmin etməkdir./BAKU.WS