Milli Məclisin daha bir passiv deputatının adı məlum olub.
“Yeni Sabah” bildirir ki, parlamentin gənc deputatlarından biri Mircəlil Qasımlı plenar iclaslarında heç vaxt çıxış etmədiyi üzə çıxıb. Qanunverici orqanın fəaliyyətini işıqlandıran jurnalistlərin dediyinə görə, Mircəlil Qasımlı nəinki Milli Məclisin sessiyalarında, hətta komitələrin iclaslarında da çıxış etmir.
Parlament jurnalistləri gənc deputatla bağlı maraqlı müşahidələrini bölüşüblər. Onlar plenar iclaslarda danışmağa meylli olmayan Qasımlı şəkil çəkdirməyə çox həvəsli olduğunu bildiriblər. Qeyd ediblər ki, deputat hər iclasda ən azı 3-4 şəkil çəkdirərək özünün sosial şəbəkə hesabında paylaşır.
Mircəlil Qasımlı 1992-ci ildə anadan olub. O, 23 yanvar 2024-cü ildə 123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisin deputatı seçilib.


