“İran Hörmüz boğazı vasitəsilə neft tədarükünün dayandırılmasına gətirib çıxaran hər hansı addım atsa, ABŞ ona indiyədək olandan 20 dəfə güclü zərbə endirəcək”. Medianews.az bildirir ki, ABŞ prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində belə yazıb.
O, vurğulayıb: Biz elə hədəflərə zərbə vuracağıq ki, bu, İranın dövlət kimi bərpasını demək olar mümkünsüz edəcək. Onların üstünə ölüm, od və qəzəb yağacaq. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin”.