Rusiya İstintaq Komitəsi Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi beynəlxalq axtarışa verib.
Medianews.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
İstintaq Komitəsi Rusiyada terror aktlarına çağırış edən britaniyalı siyasətçi ilə bağlı cinayət işinin başa çatdığını dəqiqləşdirib.
Qeyd olunur ki, Varşava Təhlükəsizlik Forumu 2025 konfransında Uolles Kiyevə Krım körpüsünə zərbələr endirmək üçün uzaqmənzilli silahların verilməsinin vacibliyindən danışıb.
Ben Uolles 2019-cu ildən 2023-cü ilə qədər Böyük Britaniyanın Müdafiə Naziri vəzifəsində çalışıb. O, dəfələrlə Rusiyanı tənqid edib və Ukraynaya silah satışını dəstəkləyib.