Bakıda və Abşeron yarımadasında mayın 17-də və 18-də fasilələrlə yağış yağacağı gözlənilir.
Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.