Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiyanın “kölgə donanması”na məxsus neft tankerini ələ keçirib.
Bu barədə Britaniya Baş naziri Keyr Starmer X hesabında yazıb.
"Bu gün səhər tezdən mən Silahlı Qüvvələrimizə La-Manşdan keçməyə cəhd edən “kölgə donanması”nın neft tankerini ələ keçirmək əmri verdim. Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurur və Ukraynadakı müharibəni qidalandıranlara gizlənmələrinə imkan verməyəcəyimizi xatırladır", - Starmer bildirib.
Baş nazir ölkənin təhlükəsizliyini təmin edən hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib./axar.az